Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaurun verilişində növbəti biabırçılıq: “Cadu edib ailəmi dağıtdı” - VİDEO

Zaurun verilişində növbəti biabırçılıq: “Cadu edib ailəmi dağıtdı” - VİDEO

Tarix: 4 Noyabr 2023 13:25

ATV-də yayımlanan "Bizimləsən" proqramında növbəti dəfə qadınlar arasında dava düşüb. 

Milli.Az xəbər verir ki, studiyada mübahisə edən Arzu adlı xanımla qayınanası bir-birlərinə bağırmağa başlayıblar. 

Ailəsi dağılan qadın qayınanasının onların ailəsinə cadu etdiyini iddia edərək qışqırmağa başlayıb. Əsəblərini cilovlaya bilməyən qadını aparıcı Zaur Baxşəliyev sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Görüntülər qısa zaman ərzində yayılaraq qınaq atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri bu cür hərəkətlərin efir etikasına və milli-mənəvi dəyərlərə zidd olduğunu bildiriblər. 

Sözügedən görüntüləri təqdim edirik: 

Milli.Az


Etiketlər:  Zaurun verilişində növbəti biabırçılıq Cadu edib ailəmi dağıtdı VİDEO


RƏYLƏR