Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ukrayna bədbəxt ölkədir” - Peskov

“Ukrayna bədbəxt ölkədir” - Peskov

Tarix: 4 Noyabr 2023 18:28

"Ukrayna bədbəxt ölkədir, çünki bunun əvəzini başqa dövlət ödəyir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rusiya" sərgi-forumu çərçivəsində "Bilik" cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

Kreml nümayəndəsi CNN-ə müsahibəsində ABŞ-nin "Ukraynada daha güclü demokratik hökumətin hakimiyyətə gəlməsinə kömək etmək" üçün 1991-ci ildən bəri 5 milyard dollar xərclədiyini etiraf edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın sözlərini xatırladıb.

Dmitri Peskov Rusiyanı hər gün gücünə yeni elementlər əlavə edən güclü ölkə adlandırıb.

Milli.Az


Etiketlər:  Ukrayna bədbəxt ölkədir Peskov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ