Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi paradına sülhməramlılar da qoşulacaq?

Xankəndi paradına sülhməramlılar da qoşulacaq?

Tarix: 4 Noyabr 2023 19:00

Zəfər Günü münasibəti ilə 8 noyabrda Xankəndidə təşkil olunması gözlənilən hərbi paradda Rusiya sülhməramlı kontingentinin hərbçilərinin də iştirak edəcəyi iddiası yayılıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.

O, "Noyabrın 8-də Rusiya sülhməramlıları hərbi paradda iştirak edəcək. Azərbaycanın qələbəsi şərəfinə iştirak edəcəksinizmi?" sualına cavab olaraq deyib ki, sülhməramlılar Azərbaycana əks qüvvə kimi deyil, Ermənistanla Azərbaycan arasında vasitəçi qüvvə kimi yerləşdirilib.


Etiketlər:  Xankəndi paradına sülhməramlılar qoşulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ