Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 12:20
Hadisə Bursa şəhəri Mustafakamalpaşa qəsəbəsində baş verib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 34 yaşlı Samet Özdemir arvadı 28 yaşlı Zeynəbi, həmçinin 9 yaşlı oğlu Metehan və 4 yaşlı Batuhanı tapança ilə öldürüb. S. Özdemir daha sonra həmin silahla da intihar edib.
Heyvandarlıqla məşğul olan ailə üzvlərinin meyitini onlara gələn qohumları aşkar ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.
11 ildir evli olan ər-arvad arasında mütəmadi münaqişə yarandığı, Z. Özdemirin bir müddət ata evində qaldığı və hadisədən 2 gün əvvəl öz evlərinə qayıtdığı bildirilir.