Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 08:50
Yaxın Şərqdə hərbi münaqişələr dünya müharibəsi səviyyəsinə yüksələcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Qəzza zolağındakı münaqişə bütün dünyada, xüsusən də müsəlmanlar və yəhudilər arasında o qədər emosiyaya səbəb olur ki, diqqət oraya yönəlib və bütün nizam pozulur. Onlar bu dəfə gördülər ki, İsrail toxunulmaz deyil. Təl-Əviv problemləri tezliklə onu təhlükəyə atmayacaq şəkildə həll etməyə çalışır, məncə, bu, çox çətindir. Və hamı Yaxın Şərqdəki ən güclü qüvvənin zəifliyini gördü", - o bildirib.
Onun sözlərinə görə, çoxlu regional münaqişələr var, lakin bu, dünya müharibəsi deyil:
"Ancaq beynəlxalq ictimaiyyət artıq buna yaxınlaşır".