Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın İraq və Suriyadakı hərbi obyektlərinə hücum olub

ABŞ-ın İraq və Suriyadakı hərbi obyektlərinə hücum olub

Tarix: 7 Noyabr 2023 07:52

"İraqın İslami Müqavimət Hərəkatı" Suriya və İraqda ABŞ-ın 4 hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İraqın qərbində yerləşən Amerika hərbi bazası Ayn əl-Asad üç dəfə ardıcıl hücuma məruz qalıb", - "Masrawy" portalının yaydığı bəyanatda deyilir.

Bundan əlavə, hərəkat bildirib ki, şiə qüvvələri ABŞ-ın İraq Kürdüstanında (İraqın şimalındakı muxtar bölgə) Ərbil inzibati mərkəzinin şimalında yerləşən bazasına hücum edib. Hücumların nəticələri barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  ABŞ ın İraq Suriyadakı hərbi obyektlərinə hücum olub


RƏYLƏR