Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov Şimali Makedoniyadan icazə istədi

Lavrov Şimali Makedoniyadan icazə istədi

Tarix: 7 Noyabr 2023 23:06

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Skopyedə keçiriləcək iclasında iştirak etmək üçün icazə istəyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə açıqlama verən Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ölkəsinin Rusiya nümayəndə heyətinin təyyarəsini qəbul edə bilməyəcəyini qeyd edib.

Lavrov isə öz növbəsində Şimali Makedoniyanın Rusiyanın ATƏT-in iclasında iştirakını "mümkün edəcəyinə" ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqının üzvü olmayan, lakin Moskvaya qarşı sanksiyalara qoşulan Şimali Makedoniyanın hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.

Milli.Az


Etiketlər:  Lavrov Şimali Makedoniyadan icazə istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ