Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 16:46
İsrailin müharibədən sonrakı planına Qəzza zolağının işğalı daxil deyil. Amma İsrail ordusu bölgədə təhlükəsizliyə nəzarət edəcək.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu baş nazir Benyamin Netanyahunun baş müşaviri Mark Reqev deyib.
"Təhlükəsizlik vəziyyəti ilə məşğul olmaq üçün nəzarəti əldən verməyəcəyik. Biz Qəzza zolağının hər hansı uzunmüddətli işğalından danışmırıq. HƏMAS-dan sonra Qəzzanın bərpası üçün beynəlxalq dəstəyin ola biləcəyi yeni bir çərçivə yaratmaqda maraqlıyıq. Ümid edirəm ki, ərəb ölkələrini silahsızlaşdırılmış dövləti bərpa etmək üçün cəlb edə bilərik", - Baş müşavir vurğulayıb.