Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin bazası hücuma məruz qaldı

ABŞ-nin bazası hücuma məruz qaldı

Tarix: 8 Noyabr 2023 22:30

Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, obyektin ərazisində bir neçə partlayış baş verib.

Hücuma görə məsuliyyəti "İraqın İslam Müqaviməti" şiə hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, ötən gün hərəkatın yaraqlıları Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub.

Milli.Az


Etiketlər:  ABŞ bazası hücuma məruz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ