Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 14:46
Bəzi futbolçuların evlərini qarət etdiyinə görə axtarışda olan Alban-Kosova mafiyasının başçısı "İnter Mayami"nin hücumçusu Lionel Messinin malikanəsinə niyə toxunmadığını açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "qanuni oğru" bu haqda "El Espanol"a danışıb.
"Barselonada Yohan Kroyffun evini soyan mən olmuşam. Orada Dennis Berqkampa məxsus bir saat, "Hermes"dən bir neçə xırda əşya və təxminən 20 min avro oğurladım. Kriştiano Ronaldonun Madeyradakı evinin qarət edilməsinin arxasında da biz dayanmışdıq, amma qənimət maraq doğurmurdu.
Mən bir neçə dəfə Lionel Messinin evindən oğurluq etmək istəyənlərin qarşısını almışam. Mən bu addımı Messiyə hörmət etdiyim üçün atdım, çünki onu sevirəm", - "qanuni oğru" deyib.