Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım”

“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım”

Tarix: 9 Noyabr 2023 18:20

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb. 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu tənqidlərə əhəmiyyət vermədiyini deyib: 

"Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım. Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər". 

Qeyd edək ki, Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub. Cütlüyün iki övladı var - Milan və Saşa. 

Pike karyerasını 2022-ci ilin sonunda "Barselona" ilə başa vurub. 36 yaşlı ispaniyalı həm də "Mançester Yunayted" və "Real Saraqosa"da çıxış edib. 


Etiketlər:  Deyilənlərə əhəmiyyət versəydim özümü mərtəbədən atardım


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ