Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 09:00
Madridin mərkəzində naməlum şəxs katalon siyasətçi Alexo Vidal Kuadrasa atəş açıb.
Məlumata görə, hadisə Salamanka rayonunda baş verib. Zərərçəkən huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Hücum edənin motivləri açıqlanmayıb.
Qeyd edək ki, 78 yaşlı Vidal Kuadras 1991-1996-cı illərdə mühafizəkar Kataloniya Xalq Partiyasının lideri olub. 1999-2014-cü illərdə o, Avropa Parlamenti sədrinin müavini işləyib.//Oxu.az