Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Söylədiyi şeirlə hər kəsi ağladan məktəblinin VİDEOsu izlənmə rekordu qırır

Söylədiyi şeirlə hər kəsi ağladan məktəblinin VİDEOsu izlənmə rekordu qırır

Tarix: 10 Noyabr 2023 19:56

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin azyaşlı şagirdinin bir neçə gün əvvəl keçirilən tədbirdə şəhidlərə həsr olunan şeiri ağlayaraq söyləməsi sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olub. Sosial şəbəkə izləyiciləri bu azyaşlının şəhidlərə həsr edilən şeiri ürək yanğısı ilə oxumasının çox təsirli olduğunu bildiriblər.

Milli.Az bildirir ki,AZƏRTAC-ın bölgə müxbiri həmin orta məktəbə gedərək balaca vətənpərvər şagirdlə görüşüb, onunla söhbət edib.

Əliyeva Elza İbrahim qızı 2013-cü il dekabrın 26-da Gəncə şəhərində anadan olub. 2019-cu ildə Gəncə şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Hazırda isə 5-ci sinifdə təhsil alır.

Şeir söyləməyi xoşladığını deyən Elza şəhidlər və qazilər haqqında şeir və hekayələr oxumağı sevdiyini də söyləyib. Onun sözlərinə görə, həmin videonun sosial şəbəkədə yerləşdirilməsindən xəbərsiz olub. Deyir ki, tədbirdə şəhid anaları və qaziləri görəndə özündən asılı olmayaraq şeiri ağlayaraq söyləməyə başlayıb. Beləliklə, həmin video sosial şəbəkələrdə yerləşdirildikdən sonra 3 milyondan çox baxılıb və azyaşlı Elzaya xoş sözlər ünvanlanıb.

Balaca müsahibimizin anası Xəyalə Əliyeva qızının tez-tez şeir müsabiqələrində iştirak etdiyini bildirib. "Əvvəla qızımın müəllimlərinə təşəkkür edirik ki, övladımıza kiçik yaşından belə vətənpərvərlik hissləri aşılayıblar. Mən də, atası da övladlarımızla bu istiqamətdə məşğul oluruq. Ümumiyyətlə, hardasa bir tədbir və ya yığıncaq olanda Elza hamıdan qabaq istəyir ki, orada çıxış eləsin", - deyə X.Əliyeva söyləyib.

Məktəbin direktoru Surxay Hüseynov isə Elzanın istedadının fərqində olduqlarını vurğulayaraq, tədbirlərdə ona xüsusi yer ayırdıqlarını deyib. Həmçinin bildirib ki, təhsil ocağında şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində mütəmadi tədbirlər keçirilir və balacalara şəhidlərimizin həyat yolu, onların qazandıqları tarixi Zəfərin mahiyyəti aşılanır.

Milli.Az


Etiketlər:  Söylədiyi şeirlə hər kəsi ağladan məktəblinin VİDEOsu izlənmə rekordu qırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ