Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Səudiyyəyə gedir: Fövqəladə iclas...

Ərdoğan Səudiyyəyə gedir: Fövqəladə iclas...

Tarix: 10 Noyabr 2023 21:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı liderlərinin Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.

Bundan başqa, Türkiyə prezidentinin iclas çərçivəsində iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də vurğulanıb.

Qeyd edək ki, İƏT liderlərinin Qəzza ilə bağlı bazar gününə (12 noyabr) təyin edilmiş fövqəladə toplantısının vaxtı dəyişdirilərək 11 noyabra təyin edilib.

Milli.Az


Etiketlər:  Ərdoğan Səudiyyəyə gedir Fövqəladə iclas


RƏYLƏR