Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 13:20
"Rusiya bu gün səhər saatlarında paytaxt Kiyevi yenidən raket atəşinə tutub. İlkin məlumata görə, şəhərə "İsgəndər-M" tipli ballistik raketlər atılıb".
Miilli.Az xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat bildirib.
Onun sözlərinə görə, həmin raketlər "Patriot" hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib: "Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında da itki yoxdur. Bir sözlə, işğalçıların növbəti hücumu dəf edilib".
Y.İqnat əlavə edib ki, Rusiya noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 "Shahed" pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücum həyata keçirib: "Bu PUA-ların 12-i Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Rusiya əsasən sərhəd bölgəsinə hücumlar həyata keçirib. Bundan başqa, Rusiya Ukrayna ərazisinə 3 raketlə zərbə endirib: X-31, P-800 "Oniks" və S-300".
--------
10:43
Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunun ardından şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.
"Gülü partlayışlar paytaxtın sol sahilində baş verib. İlkin məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunlarının ballistik raketləri işə düşüb", -Kiyev meri Vitali Kliçko bildirib.