Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 14:51
Azərbaycan Respublikası "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında" Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.