Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 21:27
Bakı. Trend:
Hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (“KOB Dostu”) şəbəkəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindəndir.
KOBİA-dan Trend-ə verilən məlumata görə, KOB dostları fəaliyyət göstərdikləri rayon və şəhərlərdə KOB-lara mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi xidmətlər çərçivəsində informasiya, məsləhət, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris, sahibkar maraqlarının müdafiəsi, hüquqi yardım və s. istiqamətlərdə dəstək olur. Sahibkarlarla birbaşa ünsiyyətdə olan KOB dostları zəruri hallarda sahibkarlara səyyar xidmətlər də göstərir.
Hazırda ölkənin 16 şəhər və rayonu üzrə 18 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostu şəbəkəsi gündən-günə genişlənir.
KOB dostu mexanizmi barədə ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsindən, eləcə də video çarxdan əldə edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin