Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 16:44
Çinin Qansu əyalətində keçmiş ibtidai məktəb direktoruna "zorlama" və "uşaqlara cinsi təcavüz" ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu açıqlanıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, yerli məktəbdə işləyən Çan Lunçi adlı müttəhim 8-12 yaş arası 5 qızı zorlamaqda və 8-14 yaş arasında olan 17 qıza cinsi təcavüz etməkdə təqsirli bilinib. Hökm təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.
Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.