Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Necə ki, maşınıma 5000 cərimə gəlir, eləcə də pis musiqi dinləyənləri cərimələsinlər” - VİDEO

“Necə ki, maşınıma 5000 cərimə gəlir, eləcə də pis musiqi dinləyənləri cərimələsinlər”  - VİDEO

Tarix: 14 Noyabr 2023 18:35

"Bu yaxınlarda "Musiqi Forumu" keçirildi. Orada çox gözəl təkliflər irəli sürüldü. Buradan bir neçə təklifimi mən də demək istəyirəm. Ən vacibi odur ki, taksi sürücüləri maşında və ya gözəllik salonunda çalışan xanımlar, baxıb görürəm ki, havalandırma veriblər, oturduqları yerdə isə heç günəş işığı da yoxdur. Bütün günü manikür, pedikür edirlər. Telefonlarında heç muqisini belə dinləmirlər. Musiqilər də çirkin "YouTube"dan  gələn pis mahnılardır. Xanımlar gəlib dırnaqlarını uzadıb manikür edirlər, amma beyinləri kütləşir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Gün işığında" səhər şousunda  deyib.  

Sənətçi gündən-günə populyarlaşan və dillərdə əzbərə çevrilən bayağı mahnıların qarşısını alması üçün müəyyən qaydaların tədbiq edilməsindən söz açıb: 

"Musiqini idarə edən yəqin ki, qurumlar olacaq, gəlib baxsınlar, "Sovet" dövründə hava radiosu var idi, səhər tezdən, 5-6-da "Cəngi" verilirdi, ayılırdıq. Əbədi almanaxlar olurdu. Polislər hətta ora da nəzarət etsinlər. Bu, çox gözəl də mümkündür. "YouTube" olsun, amma necə ki, radarlar var, biz keçəndə cəriməni ödəyirik, bax elə.

Mənə tez-tez maşınıma 2000, 3000, 5000 cərimələr gəlir, musiqi də elə olmalıdır. Bu, dayanacaq musiqiləri idi, qoy indi də olsun. Pis musiqi yoxdur. İndiki mahnılarda ləhçələr var. Sözlər olub - "gələssən-gedəssən, nagayırassan". Bütün aparıcıların danışığı qoca arvadların danışığına oxşayır. Buna səbəb də panel dişlərdədir. Belə olduqda dil təmiz gedib damağa dəymir. Panel dişlərini qocalanda edirlər.
Süd dişlərini yondurub üzərinə panel diş qoydururlar. Bu insanlar yazıqdır, "manqurtlaşıblar". Müəssisələr var ki, musiqi ocağıdır, gedirsən oradan musiqi səsi gəlmir. Hətta "Fəxri Xiyaban"da belə musiqi olmalıdır. Dahi bəstəkarlar orada yatır, qoyun ruhları dincəlsin. Tofiq Quliyevin, Arif Məlikovun, Qara Qarayevin, Asəf Zeynallının simfonik əsərləri səslənsin. Quşların səsinin fonunda simfonik musiqi olsun". 

Milli.Az


Etiketlər:  Necə ki maşınıma 5000 cərimə gəlir eləcə pis musiqi dinləyənləri cərimələsinlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ