Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 06:02
Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: "Bir dəfə Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dördbucaq cızdı. Sonra onun ortasından xaricinə düz bir xətt çəkdi. Daha sonra dördbucağın içindəki həmin düz xəttə kimi qısa-qısa xətlər cızdı. Bundan sonra belə buyurdu:
"Bu, insandır; bu, onu əhatəsinə almış əcəli, bu çölə çıxan xətt onun arzuları, bu qısa xətlər isə qədərinə yazılmış müsibətlərdir. Əgər bu onu haqlamasa, o biri onu yaxalayar, o biri onu haqlamasa, bu biri onu yaxalayar." (əl-Buxari, 6417)