Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər

İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər

Tarix: 5 Noyabr 2019 10:52

Bakı. Elnur Bağışov - Trend:

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib.

M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub.

Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda xəbərləri yazmaq qadağan edilir Jurnalist həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ