Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Romeo və Cülyetta'' ağır yaralandı - FOTO

''Romeo və Cülyetta'' ağır yaralandı - FOTO

Tarix: 15 Noyabr 2023 15:36

Budapeşt Milli Teatrında Romeo və Cülyetta obrazını canlandıran baş aktyorlar tamaşa zamanı eyvandan yıxılıblar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən cümə günü axşam saatlarında Macarıstanın paytaxtı Budapeştdəki Milli Teatrda insanları heyrətləndirən hadisə baş verib.

İngilis yazıçısı Uilyam Şekspirin "Romeo və Cülyetta" tamaşasında baş rolları canlandıran Julia Szasz və Otto Lajos Horvat tamaşanın ikinci pərdəsində səhnə dekorasiyası funksiyasını yerinə yetirən 3 metr hündürlüyündəki eyvandan yıxılıblar.

Ağır yaralanan aktyorlar xəstəxanaya aparılıb. Bədənində sınıq olan iki aktyorun əməliyyat olunduğu, vəziyyətlərinin ağır, lakin stabil olduğu açıqlanıb.

Hadisədən sonra Milli Teatrın rəhbərliyi araşdırmağa başlayıb.

2013-cü ildən Milli Teatrın direktoru vəzifəsində çalışan Attila Vidnyanski istefa ərizəsini təqdim edib.

Milli.Az


Etiketlər:  Romeo Cülyetta ağır yaralandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ