Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şagirdlər arasında virus YAYILDI - YENİLƏNİB

Azərbaycanda şagirdlər arasında virus YAYILDI - YENİLƏNİB

Tarix: 16 Noyabr 2023 18:48

Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Oxu.Az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.

Beş nəfər uşaq hepatit A virusuna yoluxub:

"Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir".

--------

17:13


Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən "Tərəvəzçilik" yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.


Etiketlər:  Azərbaycanda şagirdlər arasında virus YAYILDI YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ