Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə gərginlik pik həddə: Sərhədlər bağlanır

Rusiya ilə gərginlik pik həddə: Sərhədlər bağlanır

Tarix: 16 Noyabr 2023 20:32

Finlandiyanın cənub-şərqindəki sərhəd keçid məntəqələri cümə günündən şənbə gününə keçən gecə bağlanacaq.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo və daxili işlər naziri Mari Rantanen bildiriblər.

Nazirlərin bu addımın ölkənin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını deyiblər.

Orpo Rusiya ilə sərhəddə İmatra, Nirala, Nuyima və Valimaa keçid məntəqələrinin bağlanacağına aydınlıq gətirib. Rantanen də öz növbəsində müvafiq qərara sığınacaq istəyən çoxlu sayda qaçqının səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, sərhəd zonası hazırda dinc ərazi olaraq qalır, sərhəddə vəziyyətə nəzarət olunacaq.

Finlandiya may ayında NATO-ya üzv olub, bundan sonra Rusiya ilə münasibətlər gərginləşib.


Etiketlər:  Rusiya ilə gərginlik həddə Sərhədlər bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ