Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binəqədidə sakinlərin problemlərinin həlli müzakirə edildi - FOTO

Binəqədidə sakinlərin problemlərinin həlli müzakirə edildi - FOTO

Tarix: 18 Noyabr 2023 11:32

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov  və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsinin T. Yaqubov küçəsində partiya fəalları ilə görüşüb.

Görüşdə şagird sıxlığını nəzərə alaraq 298 saylı məktəbdə yeni korpusun tikilməsi, qəsəbə yollarının asfatlanması, 91,92,202 saylı marşrut avtobuslarının yenilənməsi və interval tezliyinin sürətlənməsi məsələlərinə toxunulub. Partiya fəallarının qaldırdığı məsələlərin bir qismi qanunamüvafiq şəkildə həll edilmiş, digər problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Görüşdə iştirak edən partiya fəalları və sakinlər görüşün təşkilini  yüksək qiymətləndirmiş və belə görüşlərin davamlı olmasını arzulamışlar.

Milli.Az


Etiketlər:  Binəqədidə sakinlərin problemlərinin həlli müzakirə edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ