Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hepatit virusuna yoluxan uşaqların son vəziyyəti AÇIQLANDI

Hepatit virusuna yoluxan uşaqların son vəziyyəti AÇIQLANDI

Tarix: 18 Noyabr 2023 15:06

Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.

Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir.

Qeyd edək ki, 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib və Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Xəstələrin müalicəsi davam etdirilir.

Milli.Az


Etiketlər:  Hepatit virusuna yoluxan uşaqların son vəziyyəti AÇIQLANDI


RƏYLƏR