Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2023 22:38
Ermənistanı Gürcüstandan keçməklə Rusiyaya birləşdirən Yuxarı Lars yolu yük maşınları üçün bağlanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziriliyi məlumat yayıb.
Səbəb kimi əlverişsiz hava şəraiti olduğu qeyd edilir.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Mtsxeta hissəsi qar və aşağı temperatur səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb", - məlumatda deyilir.