Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni bloger Azərbaycan vətəndaşı olmaq istəyir - FOTO

Erməni bloger Azərbaycan vətəndaşı olmaq istəyir - FOTO

Tarix: 20 Noyabr 2023 06:24

Erməni bloqer Natali Aleksanyan Qarabağ erməniləri Azərbaycanı tərk edəndə sosial şəbəkədə cəsarətli çıxışlar edirdi. İndiyədək yaşanılan hər şeyə görə Qarabağdakı xuntanı günahlandırır, Azərbaycana köçməyə və yaşamağa hazır olduğunu deyirdi.

Sonxeber.net axar.az xəbər verir ki, "İTV Xəbər Yekun" erməni bloqerlə əlaqə yaradıb, vaxtilə səsləndirdiyi fikirlərə toxunub, ona bəzi suallar ünvanlayıb.

"Onilliklər ərzində Ermənistan-Azərbaycan münaqişəsi çox sayda insanın ölümünə səbəb oldu. Həm azərbaycanlılar, həm də ermənilər həyatlarını itirdilər. 44 günlük müharibədən sonra bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Buna görə də düşünürəm ki, iki xalq arasında düşmənçilik əbəs imiş. Bundan sonra öz çiyinlərimə bu yükü götürdüm. Çünki başa düşdüm ki, bu düşmənçiliyə yalnız sülh yolu ilə son qoyula bilər. Belə insanlar Ermənistanda az deyil. Lakin təəssüf ki, onlar sülhdən danışmağa qorxurlar", - deyə N.Aleksanyan bildirib.

N.Aleksanyana son açıqlamasında Azərbaycan vətəndaşlığı almaq istəməsi barədə fikirlər səsləndirdiyini xatırladan aparıcı ondan bu məqsədlə rəsmi Bakıya müraciət edib-etmədiyini soruşub.


Etiketlər:  Erməni bloger Azərbaycan vətəndaşı olmaq istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ