Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buna görə Britni Spirsi məhkəməyə verir

Buna görə Britni Spirsi məhkəməyə verir

Tarix: 20 Noyabr 2023 12:55

Dünya pop səhnəsinin ulduzu Castin Timberleyk abortla bağlı açıqlamalarına görə həmkarı Britni Spirsi məhkəməyə verəcək. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb Britnin xatirələr kitabında 19 yaşında ondan abort etdirdiyini etiraf etməsi olub. 

"Radar Online" nəşri musiqiçinin niyyəti haqqında bunları yazıb: 

"Britni Spirsin kitabı geniş ictimai rezonansa səbəb oldu. Onun pərəstişkarları Timberleyki qınadılar və təqib etdilər. O, sosial şəbəkələrdə şərhləri bağlamaq məcburiyyətində qalıb, hətta təhdidlərə görə bir neçə çıxışını ləğv edib. Bu səbəbdən Castin itkilərə məruz qalıb, ona görə də indi keçmiş sevgilisini məsuliyyətə cəlb etmək istəyir". 

Britni Spirs özü, insayderlərə görə çıxışından məmnundur. Üstəlik, o, artıq yazmağa başladığı xatirələrinin ikinci hissəsində Timberleyklə münasibəti ilə bağlı yeni açıqlamalarını paylaşacaq.

Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1999-2002-ci illərdə 3 il münasibətdə olublar. Münasibət başlayanda Britninin 17, Castinin isə 18 yaşı var idi. Cütlüyün ayrılması səs-küylü olub. Ayrılıq Britni Spirsin xəyanəti səbəbindən baş verdi və tezliklə Timberleyk "Cry me a river" mahnısını yazdı.

Mahnıya çəkilmiş klipdə isə Castinin tərəf müqabili qızın xəyanətindən bəhs edir. Britni Spirs bildirib ki, Timberleyk ayrılığın təşəbbüskarı olub və onu SMS vasitəsilə tərk edib. Timberleyk indi aktrisa Cessika Billə evlidir. İnsayderlərin sözlərinə görə, Britni Spirsin xatirələri ətrafında yaranan qalmaqal onların münasibətlərinə də təsir edib.
Belə ki, aktrisa ərinin Britni Spirsin abort etdirməsi barədə ona heç nə deməməsindən inciyib. Lakin keçən həftə bu söz-söhbətlərə baxmayaraq, Timberleyk həyat yoldaşı ilə birlikdə "Trolls: The Band is All Together" cizgi filminin premyerasında görünüb. Jurnalistlərin qeyd etdiyi kimi, cütlük olduqca xoşbəxt görünüb. 

Milli.Az


Etiketlər:  Buna görə Britni Spirsi məhkəməyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ