Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceremi Doku Azərbaycan yığması üzərində qələbə haqda nə dedi?

Ceremi Doku Azərbaycan yığması üzərində qələbə haqda nə dedi?

Tarix: 20 Noyabr 2023 14:22

AÇ-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edən Belçika yığmasının futbolçusu Ceremi Doku oyunla bağlı fikirlərini bölüşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı vinger belə danışıb:

"Azərbaycanla matça ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektli idi. Azarkeşlər adımı uca səslə çəkirdilər. İki məhsuldar ötürmə versəm də, təəssüf ki, qol vura bilmədim. Mənim üçün ən vacibi komandama qələbə qazanmaqda kömək etmək idi".

Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci pillədə bitirib. Azərbaycan yığması isə 7 xalla dördüncü olub.

Milli.Az


Etiketlər:  Ceremi Doku Azərbaycan yığması üzərində qələbə haqda dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ