Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 00:18
Ekspertlər "pis" xolesterinin səviyyəsini aşağı salan qida əlavələrinin adlarını açıqlayıblar.
Sonxeber.net xəbər verir ki, mütəxəssislər birinci qida əlavəsi kimi maqneziumu açıqlayıblar. Qeyd edilir ki, onun gündəlik qəbulu yalnız "pis"in səviyyəsini aşağı salmır, həm də "yaxşı" xolesterinin orqanizmdəki səviyyəsini artırır. Bundan başqa, həmin maddə əhəmiyyətli mineraldır, hansı ki, qan təzyiqinin nizama salınması və qanda şəkərin səviyyəsi üçün lazımdır.
İkinci əlavə yaşıl çay cövhəridir. O, xüsusi halda ürək xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. Yaşıl çay həmçinin antioksidant, antibakterial, virus və xərçəng əleyhinə xüsusiyyətləri olan polifenollarla da zəngindir.
"Pis" xolesterinin səviyyəsini artıran amillərə yüksək tərkibli trans-yağlarla qidalanma, artıq çəki, hipodinamiya və papiros çəkmə də aiddir.
"Pis" xolesterinin səviyyəsini aşağı salan amillərə bədən tərbiyəsi, idman və ümumiyyətlə müntəzəm fiziki fəallıq, papiros çəkmədən və alkoqollu içkilərin istifadəsindən imtina, az doymuş heyvan piyinə və karbohidratlara malik yeməklər aiddir. (ölkə.az)