Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Devid Bekhem onu “İnter Mayami”yə dəvət etmək istəyir

Devid Bekhem onu “İnter Mayami”yə dəvət etmək istəyir

Tarix: 21 Noyabr 2023 04:32

Devid Bekhem ispaniyalı qapıçı David de Xeanı sahibi olduğu ABŞ təmsilçisi "İnter Mayami"yə dəvət etmək istəyir.

Milli.Az "report"a istinadən bildirir ki, bu yay futbolçunun İngiltərə "Mançester Yunayted"i ilə müqaviləsinin müddəti başa çatıb.

Həmin vaxtdan bəri o, azad agentdir. 2011-ci ildən "qırmızı şeytanlar"da çıxış edən De Xea 545 oyuda 590 qol buraxıb.

Qeyd edək ki, bir müddət öncə David De Xeanın karyerasını bitirəcəyi və İspaniyanın ikinci liqasında çıxış edən "Eldense" klubunu satın alacağı barədə xəbərlər yayılmışdı.

Milli.Az


Etiketlər:  Devid Bekhem onu İnter Mayamiyə dəvət etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ