Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan haqlıdır, bu, Türkiyədən asılıdır – Surenyants

Ərdoğan haqlıdır, bu, Türkiyədən asılıdır – Surenyants

Tarix: 21 Noyabr 2023 18:20

Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.

"Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən "xilaskar" ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır", - o bildirib.

Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır.


Etiketlər:  Ərdoğan haqlıdır Türkiyədən asılıdır Surenyants


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ