Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 17:48
Bakı. Nərgiz Sadıxova - Trend:
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Avianəqliyyat xidmətlərinin səmərəliliyi” göstəricisində 141 ölkə arasında 12-ci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Belçika (19-cu yer), Avstraliya (23-cü yer), Fransa (24-cü yer), Almaniya (28-ci yer) kimi ölkələri qabaqlayıb.
Azərbaycan reytinqdə həmçinin qonşu ölkələrdən də irəlidədir. Belə ki, bu siyahıda Türkiyə 31-ci, Rusiya 52-ci, Gürcüstan 86-cı, İran isə 132-ci yeri tutub.
Reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin