Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni savaşın addım səsləri: ABŞ bölgəyə hərbi qüvvə göndərdi

Yeni savaşın addım səsləri: ABŞ bölgəyə hərbi qüvvə göndərdi

Tarix: 22 Noyabr 2023 00:18

Şimali Koreya kosmosa hərbi peyk buraxmağa hazırlaşdığını elan etdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Carl Vinson" təyyarədaşıyan gəmisi Cənubi Koreyaya gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Komandanlığı "USS Carl Vinson"un Busandakı hərbi dəniz bazasında lövbər saldığını açıqlayıb.

Məlumatda vurğulanır ki, ABŞ təyyarədaşıyan gəmisinin bölgəyə gəlməsi Cənubi Koreya-ABŞ alyansının Şimali Koreyanın nüvə təhlükələrinə qarşı müdafiə mövqeyinin konkret göstəricisidir.

Ölkəyə sonuncu dəfə 2017-ci ildə gələn "USS Carl Vinson" bu il Cənubi Koreyaya gələn üçüncü ABŞ təyyarədaşıyan gəmisi olub.

Cənubi Koreya Müdafiə Nazirliyi isə bildirib ki, kosmosa hərbi peyk buraxmağa hazırlaşan Şimali Koreyanı diqqətlə izləyirlər. Nazirlik Pxenyanın bu addımı atacağı təqdirdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozacağını vurğulayaraq, bunun dərhal dayandırılmasını istəyib.

Şimali Koreya mayın 31-də hərbi peyk buraxmağa cəhd etsə də, raketdaşıyıcı sistemindəki nasazlıq səbəbindən bu cəhdi uğursuzluqla nəticələnib. Şimali Koreya beynəlxalq etirazlara baxmayaraq, peykin qısa müddətdə yenidən düzgün şəkildə buraxılacağını açıqlayıb.

Milli.Az


Etiketlər:  Yeni savaşın addım səsləri ABŞ bölgəyə hərbi qüvvə göndərdi


RƏYLƏR