Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 00:14
Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.
Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.
Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel fəlakətləri nəticəsində 133 damın uçmasının təsbit edildiyini bildirib.
Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.