Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 09:56
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus şirkət bağlanıb.
"Qafqazinfo"nun məlumatına görə, söhbət "İmprotex Group"un tərkibində olan "İmprotex Aqrotexservis" MMC-dən gedir.
Şirkətin hansı səbəbdən ləğv edilməsi ilə bağlı hələlik açıqlama yoxdur.
Qeyd edək ki, "İmprotex Group" holdinqin tərkibində 10-a yaxın şirkət var.