Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çiynində bir kisə pulla küçədə belə gəzdi - FOTO

Çiynində bir kisə pulla küçədə belə gəzdi - FOTO

Tarix: 23 Noyabr 2023 14:42

Türkiyənin İstanbul şəhərində qəribə hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Tahtakele ərazisində naməlum bir şəxs çiynində pul dolu kisə ilə görüntülənib.

Kisə şəffaf olduğundan içindəki pulun miqdarı da təxmin edilib.

Qeyd edilib ki, həmin şəxs 50-100 min dollar aralığında pulu dəyişdirərək onu türk lirəsinə çevirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq səs-küyə səbəb olub. Şəkilə minlərlə şərh yazılıb. Bəzi sosial media istifadəçiləri lirənin günbəgün dəyər istirməsinə diqqət çəkib.

Digər istifadəçiləri isə Türkiyəni hazırda iqtisadi böhran yaşayan Venesuela ilə müqayisə edib. 

Milli.Az


Etiketlər:  Çiynində bir kisə pulla küçədə belə gəzdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ