Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 14:26
Bakının son imtinası (20 noyabrda ABŞ-da keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündən imtina nəzərdə tutulur - red.) həm Brüsseldə, həm də Vaşinqtonda məyusluq yaradır. Qərbin bu məyusluğu həm də o deməkdir ki, Azərbaycanın fundamentalist mövqeyinə tolerant yanaşmırlar. İkincisi, Azərbaycan Vaşinqtonu qəzəbləndirməklə yanlış hesablamalar aparır. Müharibədən sonrakı yeni reallıq Ermənistan üçün nə qədər çətin olsa da, Azərbaycan da ABŞ üçün əvvəlkindən daha az əhəmiyyət kəsb edir. Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin bu şəkildə azalması Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlıdır. Bu da o deməkdir ki, Pentaqonun Azərbaycanın əməkdaşlığına artıq ehtiyacı yoxdur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu iddia ilə Regional Araşdırmalar Mərkəzinin (RSM) direktoru, erməni ekspert Riçard Kirakosyan çıxış edib.
Buna baxmayaraq, erməni ekspert etiraf edib ki, "Azərbaycanın təkəbbürlü maksimalist mövqeyi" ABŞ üçün problemə çevrilsə də, bu da bir həqiqətdir ki, ABŞ-ın Bakı üzərində rıçaqları azdır:
"Çünki Bakı hələ də Türkiyədən dəstək almaqla yanaşı, Rusiyadan da iştirak və hətta əməkdaşlıq əldə edib. Bununla belə, Vaşinqton indi əlində olan kiçik rıçaqları daha ciddi qəbul edir. Amerikanın Azərbaycana qarşı onsuz da aşkar məyusluğu onu deməyə əsas verir ki, sanksiyalar ABŞ-ın son çarəsi olaraq qalsa da, indi yalnız Bakıya siyasi təzyiq göstərməkdə davam edəcək".
Kirokosyan Dövlət Departamentinin sözçüsü Metyu Millerin tərəfləri layiqli və sabit sülh naminə birbaşa danışıqlara dəvət etməsinin heç də "siyasi təzyiq" olmamasına isə bu cür reaksiya verib:
"Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə diplomatik danışıqların bərpası gözləntiləri ilə bağlıdır. Sülh müqaviləsi ikitərəfli dövlətlərarası müqavilədir ki, o da Qarabağ münaqişəsindən ayrılıb".
Onun fikrincə, Qarabağ münaqişəsinin həllindən sonra sərhədlərindən kənara çıxan Azərbaycanın Ermənistanın bəzi ərazilərinə iddiası və hərbi güc nümayişinə mane olacaq heç bir qüvvə yoxdur:
"Bu, daha çox Azərbaycanın son hərbi qələbəsi ilə güclənməsi və Türkiyənin hüdudsuz dəstəyi, İsrailin hiyləgər yardımı və Qərbin Azərbaycana qarşı heç bir təsir rıçaqının olmaması ilə əlaqədardır. Bütün bunların fonunda Azərbaycanın indi dayanması üçün hələ də heç bir məhdudlaşdırıcı və real səbəb yoxdur".