Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokayev Bakını Xəzər regionunun incisi adlandırıb

Tokayev Bakını Xəzər regionunun incisi adlandırıb

Tarix: 24 Noyabr 2023 15:27

Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

"Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi - beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib", - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Milli.Az


Etiketlər:  Tokayev Bakını Xəzər regionunun incisi adlandırıb


RƏYLƏR