Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb

Tarix: 24 Noyabr 2023 18:54

Noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Milli.Az


Etiketlər:  Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb


RƏYLƏR