Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 23:05
Səni sevmək üçün gəldim dünyaya. Doğum günün mübarək, həyatımın mənası. Gözəl həyat yoldaşı və gözəl ana, yaxşı ki, varımsan.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri akytyor İbrahim Çingiz sosial mediada həyat yoldaşı Aydan Axundzadə haqqında yazıb. Xanımının doğum gününü təbrik edən sənətçi ona olan sevgisini də dilə gətirib:
"Mən düşündüklərimi heç də hər zaman düzgün ifadə edə bilmirəm, amma mənim ürəyimdə olan sevgi hissini sən bilirsən. Səninlə bağlı ən böyük arzum hər zaman birlikdə olmağımızdır. Çünki bizə bundan artıq heç nə lazım deyil".
Qeyd edək ki, 2021-ci ildə ailə quran cütlüyün keçən ilin yayında bir qız övladı olub.