Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum etdi

Xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum etdi

Tarix: 25 Noyabr 2023 08:56

Avstraliyanın Kvinslend ştatının Karumba şəhərində vəba da daxil olmaqla bir çox xəstəlik daşıyan gəmiricilər hücuma keçib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar maşınlara və binalara hücuma keçir, əkinləri məhv edir, insanlardan isə qətiyyən qorxmurlar. Həmçinin çimərlik, küçələr, səkilər, həmçinin dəniz suları siçovul meyitləri ilə doludur.

Bundan əlavə, qonşu Uinton şəhərində siçovulları yeməyə gələn çalağan quşlarının sayında artım müşahidə olunub. Quşların sayının kəskin artması səbəbindən yerli hava limanının əməkdaşları onları silahla qorxutmalı olurlar.

Şahidlərin sözlərinə görə, Karumbadan 350 km cənubda küçələrdə milyonlarla ölü siçovul var. Hər ölü siçovulu üç-dörd siçovul gəmirir.

Kvinslend ştatının özündə vəba daşıyan siçovullarla mübarizə bir neçə aydır ki, davam edir və yağışlı mövsüm, bol məhsul onların çoxalması üçün ideal şərait yaradır.


Etiketlər:  Xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ