Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səbail” “Kəpəz”lə bərabərə qaldı

“Səbail” “Kəpəz”lə bərabərə qaldı

Tarix: 25 Noyabr 2023 16:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Səbail" klubu "ASCO Arena"da "Kəpəz"i qəbul edib. Hər iki komandanın çoxsaylı qol imkanlarına baxmayaraq, matçda hesab açılmayıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran "dənizçilər" üçüncü pilləyə yüksəlib. 10-cu xalını qazanan "sarı-göylər" isə 9-cu sırada qalıb.

Günün son oyununda "Qəbələ" öz meydanında "Turan Tovuz"la qarşılaşacaq.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Səbail Kəpəzlə bərabərə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ