Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb

Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb

Tarix: 6 Noyabr 2019 12:24

Bakı. Eldar Canaşvili - Trend:

Bakıda keçirilən 4-cü Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sazişi Assosiasiyanın prezidenti Zakir Nuriyev və Korporasiyanın Azərbaycandakı ofisinin rəhbəri Aliyə Əzimova imzalayıb.

Qeyd edək ki, bu gün Bakıda IV Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

Forum Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum regionda ən mötəbər maliyyə və bank tədbirlərindən biridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ