Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin imzaladı - SSRİ-dən bəri ilk dəfə...

Putin imzaladı - SSRİ-dən bəri ilk dəfə...

Tarix: 28 Noyabr 2023 19:38

Rusiya Prezidenti Vladimir Putin 2024-26-cı illər üçün federal büdcə haqqında qanunu imzalayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, 2024-cü ildə Rusiya hökuməti sovet dövründən bəri ilk dəfə bütün xərclərin demək olar ki, üçdə birini ordunun və müdafiə-sənaye kompleksinin saxlanmasına yönəltmək niyyətindədir.

Məlumata görə, növbəti il ərzində milli müdafiəyə 10,775 trilyon rubl xərclənəcək. Bu, 2023-cü ildəkindən (6,8 trilyon) 2,3 dəfə və ya 70% çoxdur. 2022-ci ilə nisbətən 2,3 dəfə (4,7 trilyon), 2021-ci ilin müharibədən əvvəlki göstəricilərindən (3,5 trilyon) üç dəfə artıqdır.

Ümumi məbləği 36,66 trilyon rubl təşkil edəcək hərbi xərclərin büdcədəki payı 29,5%-ə çatacaq.

SSRİ-nin son illərində büdcənin üçdə biri müdafiəyə xərclənib. Belə ki, 1990-cı ilin büdcəsində 241,3 milyard rublun 71 milyardı və ya 29,4 faizi hərbi məqsədlər üçün nəzərdə tutulmuşdu.

Büdcə haqqında qanuna əsasən, daha 3,338 trilyon rubl Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası, xüsusi xidmət orqanları və "milli təhlükəsizlik" məsələlərinə xərclənəcək.

Cari illə müqayisədə bu xərclər 163 milyard rubl artacaq. Beləliklə, ümumilikdə büdcənin az qala 40%-i güc strukturlarına sərf olunacaq.


Etiketlər:  Putin imzaladı SSRİ dən bəri dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ