Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nizami”də əlil arabaları üçün qurğu istifadəyə verilir - FOTO

“Nizami”də əlil arabaları üçün qurğu istifadəyə verilir - FOTO

Tarix: 29 Noyabr 2023 09:40

Bu gün 10:30-da "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. 

Bildirilib ki, "Əlçatan metro" layihəsi ilə bağlı həmçinin uşaq arabalarının, ahıl, yaşlı, eşitmə və görmə, eləcə də metrodan istifadə imkanları məhdud digər insanların daşınması ilə bağlı məlumatlar veriləcək və suallar cavablandırılacaq.

Milli.Az


Etiketlər:  Nizamidə əlil arabaları üçün qurğu istifadəyə verilir FOTO


RƏYLƏR