Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda güclü fırtına: Qayıq batdı, gəmi quruya sürükləndi

İstanbulda güclü fırtına: Qayıq batdı, gəmi quruya sürükləndi

Tarix: 29 Noyabr 2023 13:06

İstanbul ötən gecə üçün proqnozlaşdırılan güclü fırtınanın təsiri altında qalıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Gürpınar sahili və Sarayburnunda dalğalar səbəbi ilə sahil xəttini su basıb.

Həmçinin Ortaköydə dəniz suyu daşıb və dalğaların gətirdiyi tullantılar səkidə yığılıb qalıb.

Bəzi vətəndaşlar isə əlverişsiz hava şəraitinə məhəl qoymadan dalğalarla şəkil çəkdirməyə çalışıblar.

Eyni zamanda Kartal Dragos sahilində fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində bir qayıq batıb.
Silivri və Üsküdar sahillərində də böyük dalğalar əmələ gəlib və avtomobil yoluna daşıb.

Zeytinburnu sahilində isə "Kadriye ana" adlı kimyəvi məhsullar tankeri fırtına səbəbindən quruya sürüklənib və saya oturub.


Etiketlər:  İstanbulda güclü fırtına Qayıq batdı gəmi quruya sürükləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ