Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Direktor müavini şagirdi yerə çırpdı - FOTO

Direktor müavini şagirdi yerə çırpdı - FOTO

Tarix: 29 Noyabr 2023 15:12

Sakarya ibtidai məktəbinin direktor müavini Mehmet Serkan G. ibtidai sinif şagirdi E.S.-nin xəsarət almasına səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Milas şəhərindəki Sakarya ibtidai məktəbində direktor müavini Mehmet Serkan 6 yaşlı birinci sinif şagirdi E.S.-ni dəhlizdə tutaraq havaya qaldırıb sinif otağına atıb.

Evdə kürəyində ağrılar olduğunu deyən E.S baş verənləri anasının təkidi ilə izah edib.

Kürəyində göyərmə izləri olan E.S. xəstəxanaya aparılıb və ondan hücum barədə məlumat alınıb.

Daha sonra müdir müavini Mehmet Serkan G haqqında cinayət işi açılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az


Etiketlər:  Direktor müavini şagirdi yerə çırpdı FOTO


RƏYLƏR