Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qorxunc xəstəlik yayılacaq? - XƏBƏRDARLIQ

Azərbaycanda qorxunc xəstəlik yayılacaq? - XƏBƏRDARLIQ

Tarix: 30 Noyabr 2023 13:33

Böyük Britaniyada yayılan donuz qripi Azərbaycana da gələ bilər.

Böyük Britaniyanin Şimali Yorkşir vilayətində ilk dəfə donuz qripinə yoluxma aşkar edilib. Bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi açıqlama yayıb. Qeyd edilib ki, virus aşkarlanan şəxsin donuzlarla heç bir təması olmayıb.

Böyük Britaniya ilə geniş əlaqələrinin olmasını nəzərə alaraq Azərbaycana da bu virusun gəlib-gəlməyəcəyi ilə bağlı narahatlıqlar var.

Sonxeber.net xəbər verir ki, mövzu il bağlı "Xəzər Xəbər"ə danışan professor Adil Qeybulla deyib ki, qrip virusu daşıyıcılı olduğundan tam məhv edilə bilmir.

Bu səbəbdən də ildən-ilə mutasiyaya uğrayaraq daha da ağır hal alır. Virusun mutasiyaya uğramış növlərindən biri də donuz qripidir.

Professor bildirib ki, Böyük Britaniyada donuz qripi virusunun aşkarlanmasını Azərbaycan üçün də təhlükə hesab etmək olar. Bu səbəbdən də qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir.

Adil Qeybulla əlavə edib ki, Səhiyyə Nazirliyi ölkəyə qrip vaksini gətirib. Həmin vaksin qrip virusunun 11 növünə qarşı istifadə edilə bilir. Hər kəsin, xüsusilə də koronavirusu ağır keçirənlər və yanaşı xəstəliyi olanların peyvənd olunması mütləqdir. Çünki donuz qripinin də gedişi nisbətən ağırdır.


Etiketlər:  Azərbaycanda qorxunc xəstəlik yayılacaq XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ